ABŞ bölgədə gərginliyin artması fonunda Yaxın Şərqə ən azı 12 hərbi gəmi göndərir.
interpress.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Nəşr bildirir ki, ABŞ HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsi ilə əlaqədar bölgədə gərginliyin artması fonunda Yaxın Şərqə ən azı 12 hərbi gəmi göndərir.
Eskadraya nüvə enerjisi ilə işləyən hücum təyyarəsi gəmisi USS Theodore Roosevelt və təxminən 4000 dəniz piyadasına təyin edilmiş amfibiya hücum qrupları daxildir.
Xuraman Etibarlı
İnterpress.az