ABŞ-ın Şimali Karolina Universitetində baş verən atışmada müəllim həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis rəsmiləri mətbuat konfransında bildiriblər ki, adı açıqlanmayan müəllim Chapel Hill kampusunda baş verən atışma nəticəsində həlak olub.
Təcavüzkarın hadisədən təxminən 3 saat sonra nəzarətə alındığını qeyd edən səlahiyyətlilər, şübhəlinin şəxsiyyəti və hücumun səbəbi ilə bağlı məlumat verməyib.
Səlahiyyətlilər hücumla bağlı araşdırmaların davam etdiyini bildiriblər.
ABŞ-ın Şimali Karolina Universiteti dünən xəbərdarlıq edib ki, kampusda silahlı və təhlükəli adam var.
Polis geniş təhlükəsizlik tədbirləri ilə universitetin giriş-çıxışlarını bağlayaraq saatlarla şübhəlini axtarıb.
Yeni tədris ilinin ikinci həftəsinə qədəm qoyan Şimali Karolina Universitetində 4 min müəllim, 9 min işçi və 32 min tələbə var.