ABŞ-də antimüsəlman TƏXRİBATI: Dirbornda “xristian səlib yürüşü” təşkil olundu – VİDEObackend

ABŞ-də antimüsəlman TƏXRİBATI: Dirbornda “xristian səlib yürüşü” təşkil olundu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam əleyhinə əleyhinə təxribatçı Dirbornda “Xristian səlib yürüşü” təşkil edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

İfrat sağçı fəal Ceyk Leng və Detroytdan olan pastor Lorentso Syuell Dirborn şəhərində antimüsəlman aksiyasına rəhbərlik ediblər.

Etiraz aksiyası şəhər şurasının iclasının keçirilməsi planlaşdırılan kitabxana binasının qarşısında baş tutub.

Təşkilatçılar nümayişi “xristian səlibçilərinin yürüşü” adlandıraraq, məqsədlərinin “Amerikanın islamlaşdırılmasının qarşısını almaq” olduğunu iddia ediblər.

Hüquq-mühafizə orqanları əraziyə çəpərlər çəkib, asayişin qorunmasına Dirborn polisi ilə yanaşı Miçiqan ştatının polisi də cəlb olunub.

Miçiqan ştatından olan senator Elissa Slotkin və yerli xristian icmalarının nümayəndələri bu islaməleyhinə təxribat xarakterli aksiyanı kəskin şəkildə pisləyiblər.

Xuraman Etibarlı

İnterpress.az