ABŞ-də arvadı tərəfindən tərk edilən kişi ukraynalı ailəni qətlə yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ-da 51 yaşlı Rassel adlı şəxs 46 yaşlı həyat yoldaşı Larisa ondan ayrılmaq istədiyini bildirdikdən sonra dəhşətli cinayət törədib.
Qəzəblənən kişi tüfənglə qadının evinə hücum edərək onu güllələyib.
Səsə qaçan Larisann 18 yaşlı oğlu da cinayətkarın qurbanı olub. Lakin bununla kifayətlənməyən Rassel qadının valideynlərinin və qardaşının evinə gedərək orada da qanlı qətliam törədib.
O, Larisann ukraynalı ailə üzvlərini qətlə yetirdikdən sonra sonda öz canına qəsd edib.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






