ABŞ-də “əlavə ömür” satılır – Qiyməti 20 min dollar
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ-də 20 min dollar (təxminən 34 000 manat) qarşılığında “əlavə həyat illəri”nin satışına başlanılıb.
Bu məbləğ tam tibbi müayinə və həyat tərzinin kökündən dəyişdirilməsini nəzərdə tutan biohakinq retritlərinin (sağlamlıq düşərgələrinin) qiymətidir.
Məlumata görə, uzunömürlülük sənayesi hazırda trilyonlarla dollar dəyərində qiymətləndirilir.
Bu sahəyə biotexnologiya şirkətlərindən tutmuş otel şəbəkələrinə qədər iri şirkətlər fəal şəkildə sərmayə qoyurlar.
Hətta bəzi otel şəbəkələri öz obyektlərini klinikalara çevirərək müştərilərə xidmət təklif edirlər.
Xuraman Etibarlı
İnterpress.az






