ABŞ-də ggöyərtəsində 8 nəfər olan təyyarə yerə çırpılıb.
İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ-nin Men ştatının Banqor şəhərində bazar günü axşam saatlarında şəxsi təyyarə havaya qalxarkən qəzaya uğrayıb.
Məlumata görə, qəzadan bir neçə dəqiqə əvvəl dispetçerlərlə pilotlar arasında pis görmə məsafəsi və buzlanmaya qarşı təmizləmə işləri barədə danışıqlar qeydə alınıb.
İlkin məlumatlara əsasən, təyyarənin göyərtəsində üç ekipaj üzvü və beş sərnişin olub.
Xuraman Etibarlı
İnterpress.az






