ABŞ-də həbs edilən rusiyalı alim deportasiya edilməməsini XAHİŞ ETDİbackend

ABŞ-də həbs edilən rusiyalı alim deportasiya edilməməsini XAHİŞ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də həbs olunan alim Petrova Rusiyaya qayıtmaq istəmir.

İntertpress.az xəbər verir ki, bu barədə ABC News mə\lumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, ABŞ-də həbs edilən rusiyalı alim Kseniya Petrova Rusiyaya deportasiya edilməməsini istəyib.

Petrova Luiziana ştatındakı təcridxanadan federal həbsxanaya köçürülüb.

Departamentdən verilən məlumata görə, 31 yaşlı Petrova fevralın 16-da Boston hava limanına çatan zaman qurbağa embrionlarını bəyan etmədən ölkəyə gətirməyə cəhd etdiyi üçün saxlanılıb.

O, elmi rəhbəri Leonid Peşkinin xahişi ilə nümunələri Fransadan gətirib.

Alim əvvəlcə baqajında ​​biomaterialların olmasını inkar edib, sonra isə sorğu-sual zamanı biomaterialların idxalı üçün müvafiq icazənin alınmasının vacibliyinə əmin olmadığını bildirib.

Petrovanın vizası ləğv edilib və alimin özü Luiziana ştatındakı təcridxanaya yerləşdirilib.

Bu yaxınlarda keçirilən məhkəmə iclasında qadına qarşı rəsmi olaraq qaçaqmalçılıq ittihamı irəli sürülüb və buna görə onu 20 ilədək həbs cəzası gözləyə bilər.

Xuraman Etibarlı

İntertpress.az