ABŞ-də helikopter QƏZASI: 4 nəfər möcüzəvi şəkildə SAĞ QALDI – VİDEObackend

ABŞ-də helikopter QƏZASI: 4 nəfər möcüzəvi şəkildə SAĞ QALDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də helikopter qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-nin Yuta ştatında helikopter qəzası baş verib. Hadisə Timber Leyk gölü rayonunda qeydə alınıb.

Məlumata görə, “Bell 206L-1 LongRanger II” modelli helikopter qəzaya uğrayaraq yerə düşüb.

Təəccüblü məqam odur ki, bu ağır qəzadan göyərtədə olan 4 nəfərin hamısı sağ çıxıb.

Onlardan biri ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Xuraman Etibarlı

İnterpress.az