ABŞ-də kişi avtomobilinə qartopu atan uşağı güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Amerikanın Konnektikut ştatının Hartford şəhərində naməlum şəxs avtomobilinə qartopu atan 12 yaşlı uşağa odlu silahla atəş açıb.
Yerli polisin məlumatına görə, 12 və 11 yaşlı uşaqlar qartopu oynayırdılar. Qar toplarından biri maşına dəyib.
Bundan sonra sürücü azyaşlıların izinə düşərək məhəlləni gəzib. Daha sonra maşından uşaqlara doğru odlu silahdan atəş açıb.
Nəticədə 12 yaşlı uşaq həyatı üçün təhlükə yaratmayan xəsarətlər alıb. Digər uşağa zərər dəyməyib.
Polis əməkdaşları atışmanın baş verdiyi avtomobildə neçə nəfərin olduğuna cavab verməkdə çətinlik çəkiblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin yaxınlığındakı kameraların videoyazılarını öyrənirlər.
Xuraman Etibarlı
İnterpress.az