ABŞ-də Qasim Süleymaninin intiqamını almağa çalışan şəxs saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, ABŞ-də Pakistan vətəndaşına qarşı keçmiş prezident Trampa və digər yüksək vəzifəli məmurlara sui-qəsd planı ilə bağlı ittiham irəli sürülüb.
Qeyd olunur ki, İranla əlaqəsi olduğu iddia edilən 46 yaşlı Asif Tacir SEPAH-ın Sepah-e-Qods xüsusi təyinatlı qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin ölümünün qisasını almaq istəyib.
İddialara görə, o, killerlə birlikdə avqustun sonu və ya sentyabrın əvvəlində sui-qəsd təşkil etməyi planlaşdırıb.
FTB agentləri hesab edir ki, onun hədəfləri keçmiş və indiki ABŞ rəsmiləri, o cümlədən Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp ola bilər.
Tacir iyulun 12-də saxlanılıb. Onun iyulun 14-də Batlerdə Trampa qarşı sui-qəsd cəhdi ilə heç bir əlaqəsi yoxdur.
Xuraman Etibarlı
İnterpress.az