ABŞ-da qocalıq əleyhinə vaksin hazırlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Yeni preparat immun sisteminə qocalmış hüceyrələri məhv etməyi öyrədir və xərçəngdən qoruyur.
ABŞ alimləri tərəfindən hazırlanan qocalıq əleyhinə vaksin artıq klinikaöncəsi sınaqlardan uğurla keçib.
Məlumata əsasən, preparat immun sisteminə təsir edərək işləyir. O, orqanizmə qocalmış hüceyrələri yaranan kimi tanımağı və təmizləməyi öyrədir.
Bu mexanizm həmçinin xərçəng hüceyrələri üçün əlverişli mühiti yox etdiyi üçün onkoloji xəstəliklərdən də mükəmməl şəkildə qoruyur.
Heyvanlar üzərində aparılan sınaqlar zamanı bəzi canlılarda ömür uzunluğunun 100 faizdən çox artdığı qeydə alınıb.
Alimlər artıq ixtiranın patentini qeydiyyatdan keçiriblər və insanlar da daxil olmaqla, kliniki sınaqlara hazırlaşırlar.
Əgər sınaqlar uğurla nəticələnərsə, preparat sərbəst satışa çıxarılacaq və hər kəs qocalığa qarşı peyvənd olunmaq imkanı qazanacaq.
Xuraman Etibarlı
İnterpress.az






