ABŞ-də SİYASİ QARŞIDURMA: Senatorlar Qrenlandiyanın işğalına “YOX” dedilərbackend

ABŞ-də SİYASİ QARŞIDURMA: Senatorlar Qrenlandiyanın işğalına “YOX” dedilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ senatorları ordunun Qrenlandiyanı işğal etməsinə qarşı çıxıblar.

İnterpress.az xəbər verir ki, ABŞ Konqresində Qrenlandiya məsələsi ilə bağlı ziddiyyətli proseslər gedir.

Məlumata görə, amerikalı senatorlar ABŞ ordusunun NATO ərazilərini, o cümlədən Qrenlandiyanı işğal etməsini qadağan edən yeni qanun layihəsi təqdim ediblər.

Sənəd Pentaqon və Dövlət Departamentinə Konqres tərəfindən ayrılan vəsaitlərin “blokada, ilhaq (anneksiya) və hərbi əməliyyatlar” məqsədilə istifadəsini yasaqlayır.

Xatırladaq ki, bundan əvvəl Konqresə tam əks məzmunlu – Qrenlandiyanın ilhaq edilməsi və adanın 51-ci ştat kimi ABŞ-nin tərkibinə qatılmasını təklif edən qanun layihəsi daxil olmuşdu.

Xuraman Etibarlı

İnterpress.az