ABŞ-də VƏHŞİLİK: Etirazçı zabitin barmağını QOPARDI – FOTOLARbackend

ABŞ-də VƏHŞİLİK: Etirazçı zabitin barmağını QOPARDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də etirazçılar təhlükəsizlik əməkdaşının barmağını dişləyərək qoparıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

ABŞ-nin Minneapolis şəhərində keçirilən kütləvi iğtişaşlar zamanı Daxili Təhlükəsizlik Departamentinin əməkdaşı ağır xəsarət alıb.

Etirazçılar ona hücum edib və onlardan biri təhlükəsizlik əməkdaşının barmağını dişləyərək qoparıb.

Daxili Təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflinin sözlərinə görə, zərərçəkən barmağını itirib və onu bərpa etmək mümkün olmayacaq.

Bu arada etirazlar səngimək bilmir. ABŞ-nin miqrasiya sistemində islahatlar aparılmasını və güc strukturlarının özbaşınalığına son qoyulmasını tələb edən kütləvi aksiyalarda təxminən 100 min nəfər iştirak edir.

Xuraman Etibarlı

İnterpress.az