ABŞ dollarının bahalaşması qızılı ucuzlaşdırıbbackend

ABŞ dollarının bahalaşması qızılı ucuzlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dollarının digər valyutalara qarşı bahalşması dünya bazarlarında qızılın qiymətinin düşməsinə səbəb olub.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,19 %, yaxud 3,6 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 846,3 ABŞ dollara satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,19 % düşərək 1 unsiyası 21,843 ABŞ dolları təşkil edib.

ABŞ dolların indeksi 0,58 % artaraq 104,24 bəndə çatıb. Bahalı dollar qızıla olan tələbi aşağı salır, bu isə onun başqa valyutalarla alış üçün əlçatanlığını azaldır.