ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin hakimiyyət orqanları dəmir yolu şəbəkəsinin və limanların inkişafını nəzərdə tutan irimiqyaslı infrastruktur layihəsinin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr aparır.
“İnterpress.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Yaxın Şərq ölkələri arasında dəmir yollarının çəkilməsi imkanları, həmçinin bu dövlətlərlə Hindistan arasında yüklərin daşınması üçün nəzərdə tutulmuş liman infrastrukturunun inkişafı müzakirə edilir. Çox güman ki, müvafiq razılaşmalar artıq Yeni Dehlidə keçiriləcək G20 sammitində elan olunacaq.
Mənbələr qeyd ediblər ki, məsləhətləşmələrin iştirakçıları Fars körfəzi ölkələri və Cənubi Asiya ölkələri arasında ticarəti intensivləşdirməyi, nəqliyyat xərclərini azaltmağı, həmçinin sürətləndirməyi gözləyirlər. Danışıqlara Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Avropa ölkələri də qoşula bilər.