ABŞ Hindistandan tarixin “ən yaxşı ticarət təklifini” alıb
İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” və “Reuters” məlumat yayıb. Vaşinqton rəsmisi Hindistanı “çətin qoz” adlandırsa da, İndanışıqların nəticəsindən razı qalıb.
Nyu-Dehlidə keçirilən ABŞ-Hindistan ticarət danışıqları fonunda ABŞ-ın ticarət nümayəndəsi Qrir bildirib ki, Hindistan danışıqlarda “çətin qoz” olaraq qalır, lakin buna baxmayaraq, Vaşinqton ikitərəfli əməkdaşlıq çərçivəsində Nyu-Dehlidən “bütün tarix boyu edilən ən yaxşı təklifi” alıb.
Diplomat Çinlə ticarət əlaqələrinin saxlanılmasının vacibliyini də vurğulayıb: “Onlara bizim məhsullarımız lazımdır və biz onu satmaq istəyirik”.
Məlumata görə, ABŞ ticarət nümayəndəsinin müavini Svitzerin rəhbərlik etdiyi nümayəndə heyəti danışıqlar aparmaq üçün Hindistanda iki günlük səfərdədir.
Danışıqların əsas mövzusu Nyu-Dehlinin Rusiya neftini satın alması ilə əlaqədar ABŞ tərəfindən tətbiq edilən rüsumların yüngülləşdirilməsi xahişidir.
Xuraman Etibarlı
İnterpress.az






