ABŞ-ın Florida ştatında xilasetmə helikopteri qəzaya uğrayıbbackend

ABŞ-ın Florida ştatında xilasetmə helikopteri qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında yanğınsöndürən-xilasedici helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NBC15-in xəbərinə görə, Broward County rəsmiləri Pompano Beach şəhərində yanğın-xilasetmə helikopterinin qəzaya uğradığını açıqlayıb.

Dəhşətli qəza nəticəsində helikopterdə olan 2, mənzildə olan 2 nəfər olmaqla 4 nəfər xəsarət alıb.

Qəzada yaralanan 4 nəfərin xəstəxanaya aparıldığı bildirilib.