ABŞ Hind okeanında İrana bağlı növbəti neft tankerini ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi ötən gecə sanksiya siyahısında olan “Bertha” adlı üçüncü neft tankerinin saxlanıldığını elan edib.
Pentaqonun bəyanatında bildirilir ki, sözügedən gəmi Prezident Tramp tərəfindən Karib hövzəsində sanksiyaya məruz qalan gəmilər üçün tətbiq edilmiş karantin qaydalarını pozub.
Məlumata görə, gəmi təqibdən yayınmağa çalışsa da, Karib dənizindən Hind okeanına qədər izlənilib və sonda hərbçilər tərəfindən dayandırılıb.
Kuka adalarının bayrağı altında üzən “Bertha” tankeri İrana bağlılığı səbəbindən hələ 2020-ci ilin yanvar ayında ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Xuraman Etibarlı
İnterpress.az






