12 ədəd “F-22” qırıcısı İsrailə eniş edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bu gün Böyük Britaniyadan havaya qalxan ABŞ-yə məxsus 12 ədəd “F-22 Raptor” qırıcı təyyarəsi İsrailin cənubunda yerləşən hərbi hava bazasına eniş edib.
Məlumata görə, müasir döyüş təyyarələrinin regiona gətirilməsi İrana qarşı gözlənilən mümkün hərbi əməliyyatlarla bağlıdır.
Ekspertlər qırıcıların məhz bu həssas dönəmdə İsrailə yerləşdirilməsini Vaşinqton və Tel-Əvivin hərbi hazırlıqlarının son mərhələsi kimi qiymətləndirirlər.
Sözügedən təyyarələrin bölgəyə gəlişi Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir.
Xuraman Etibarlı
İnterpress.az






