Vaşinqton Tehranla münasibətləri gərginləşdirməyə çalışmır.
İnterpress.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud deyib.
Onun sözlərinə görə, ABŞ-nin məqsədi İranla münasibətlərin gərginləşməsi deyil, deeskalasiyasıdır.
Diplomat qeyd edib ki, Vaşinqtonun hərəkətləri sırf müdafiə xarakteri daşıyır.
Eyni zamanda, Vud BMT Təhlükəsizlik Şurasını İranın İsrailə qarşı “görünməmiş genişmiqyaslı hücumunu” pisləməyə və Tehrandan və onun etibarlı şəxslərindən növbəti təcavüzkar hərəkətlərdən çəkinməyi tələb etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az