ABŞ Livana İsrailin bombardmanlarını azaldacağına söz verib.
İnterpress.az xəbər verir ki, Livanın Baş naziri Nəcib Mikati “Əl-Cəzirə” telekanalına müvafiq açıqlama verib.
Livan, İsrailin Beyrutdakı zərbələrini azaldacağına dair “Amerika zəmanəti alıb”.
Son günlər İsrail mətbuatı ABŞ-nin Livana hücumlarını azaltmaqda israrlı olduğunu, lakin yəhudi dövlətinin Amerika tərəfinin tələblərini rədd etdiyini yazıb.
Xuraman Etibarlı
İnterpress.az