ABŞ müdafiə naziri Ostin israilli həmkarı Qalantla yenidən telefon danışığı aparıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında deyilir. Bildirilir ki, ABŞ müdafiə naziri LLoyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığı aparıb.
“İranın regionda sabitliyi pozan hərəkətləri və Livandakı mövcud vəziyyət” müzakirə edilib.
Ostin həmçinin ABŞ-nin İsrailin özünümüdafiə hüququna verdiyi dəstəyi xatırladıb.
Xuraman Etibarlı
İnterpress.az