ABŞ-nin ən müasir aviadaşıyıcısında İran yaxınlığında kanalizasiya qəzası baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ-nin ən müasir və bahalı atom aviadaşıyıcısı olan “USS Gerald Ford” İrana yaxın sularda hərəkət edərkən ciddi texniki problemlə üzləşib.
Gəminin kanalizasiya sisteminin tamamilə sıradan çıxdığı bildirilir.
Yaranmış xoşagəlməz vəziyyətlə əlaqədar nəhəng hərbi gəmi təcili təmir üçün Yunanıstandan qəza doku istəyib.
Qeyd edək ki, 2017-ci ildə suya salınan “USS Gerald Ford” aviadaşıyıcısının inşası dövlətə 13 milyard dollara (təxminən 22 milyard 100 milyon manat) başa gəlib.
Hazırda gəmidəki texniki nasazlığın aradan qaldırılması üçün hazırlıq işləri görülür.

Xuraman Etibarlı
İnterpress.az






