ABŞ-nin Kiyevdəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, ABŞ-nin Kiyevdəki səfirliyi qarşısında “Ukraynada mineral müqaviləsi”nə qarşı kiçik etiraz aksiyası keçirilib.
Etirazçılar bu cür sazişlərin imzalanmasının müharibənin sonuna qədər təxirə salınmasını və onlara təhlükəsizlik zəmanətlərinin əlavə edilməsini tələb edirlər.
Xuraman Etibarlı
İnterpress.az