ABŞ-nin Ukraynadakı səfirinin istefasının səbəbi AÇIQLANDIbackend

ABŞ-nin Ukraynadakı səfirinin istefasının səbəbi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FT ABŞ-nin Ukraynadakı səfirinin istefasının səbəbini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirir ki, ABŞ-nin Ukraynadakı səfiri Brink “Tramp administrasiyası ilə artan siyasi fikir ayrılıqlarına görə” istefa verib.

Sonuncunun sözlərinə görə, onun gedişi həm də Ukrayna prezidenti Zelenski ilə iş münasibətlərinin pisləşməsi fonunda baş verib, baxmayaraq ki, bu onun istefasına səbəb olmayıb.

Qeyd olunur ki, Brink Tramp administrasiyasının Ukrayna ilə bağlı strategiyasını dəstəkləmək istəyini şübhə altına alan yüksək vəzifəli şəxslər tərəfindən getdikcə artan təzyiqlərə məruz qalıb.

Brink bu vəzifəyə keçmiş prezident Bayden tərəfindən irəli sürülüb və 2022-ci ilin mayından Kiyevdə səfir vəzifəsində çalışır.

Xuraman Etibarlı

İnterpress.az