ABŞ prezidentini seçirbackend

ABŞ prezidentini seçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ABŞ-da prezident və vitse-prezident seçkiləri keçirilir.

Dövlət administrasiyasının hazırkı başçısı respublikaçı Donald Tramp və demokrat Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizə aparır.

ABŞ-da keçirilən ümumi seçkilərdə 35 senator, Nümayəndələr Palatasının bütün 435 üzvü, 13 ştata və əyalətə qubernatorlar və yerli hökumətlər seçiləcək.

Nyu-Hempşir ştatının Diksvill-Notç qəsəbəsində ilk məntəqə gecə yarısı seçkilər üçün açılıb.

Səsvermə “The Balsams Hotel”də aparılır. Otel təmsilçisinin sözlərinə görə, seçkilərdə ilk səsi 1960-cı ildən bəri kəndin beş sakini verir.

Nəticələri ümumiləşdirmək bir neçə dəqiqə çəkir və onlar dərhal elan olunur.

 

İnterpress.az