ABŞ Rusiyanın dünya iqtisadiyyatına qaytarılması təklif edib/
İnterpress.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ Avropaya Rusiyanın qlobal iqtisadiyyata qaytarılması ilə bağlı təkliflər paketi göndərib. Plan ABŞ şirkətlərinin Rusiyanın strateji əhəmiyyətli sektorlarına, xüsusilə nadir torpaq metallarının hasilatına sərmayə qoymasını nəzərdə tutur.
Sənəddə həmçinin Qərbi Avropaya Rusiya enerji daşıyıcılarının tədarükünün bərpasına dəstək göstərilməsi məsələsi də yer alıb.
Bundan əlavə, planda Rusiyanın dondurulmuş aktivlərinin Ukraynadakı layihələrin reallaşdırılması üçün istifadə edilməsi mexanizmi təsvir olunub. Bu prosesə ABŞ maliyyə şirkətlərinin cəlb olunması təklif edilir.
Xuraman Etibarlı
İnterpress.az






