ABŞ Senatı federal hökumətin qismən bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə qanun layihəsini təsdiqləyib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Martın əvvəlinə qədər federal hökumətin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi 18 əleyhinə 77 səslə qəbul edilib.
Demokratların üstünlük təşkil etdiyi ABŞ Senatında keçirilən səsvermədə qanun layihəsinin əleyhinə səs verənlərin hamısı respublikaçı senatorlar olub.
ABŞ Senatı tərəfindən qəbul edilən qanun layihəsinin növbəti dayanacağı ölkənin Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil və Şəhərsalma nazirliklərini maliyyələşdirməyi nəzərdə tutan müvəqqəti büdcənin bitməsinə az qalmış ABŞ Nümayəndələr Palatası olacaq.
Müvəqqəti büdcə layihəsi ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənərsə, qanun qüvvəyə minməsi üçün prezident Co Baydenin imzasına təqdim ediləcək.
Yeni büdcə qanun layihəsi ilə maliyyələşmənin martın 1-dək Energetika, Kənd Təsərrüfatı, Nəqliyyat, Mənzil və Şəhərsalma nazirliklərinə və ABŞ Ərzaq və Dərman Administrasiyasına, Departament də daxil olmaqla hökumətin qalan hissəsinə təqdim edilməsi nəzərdə tutulur.