Mineralların daşınması üçün bərpa edilən dəmir yolu xətti 1200 evi təhlükə altına qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə “Global Witness” məlumat yayıb.
ABŞ və Aİ-nin maliyyələşdirdiyi milyardlarla dollarlıq infrastruktur layihəsi Konqoda 6500-ə qədər insanı məcburi köçkünlük təhlükəsi ilə üz-üzə qoyub. Məqsəd qlobal yarışın getdiyi mis və kobalt kimi “kritik mineralların” tədarükünü təmin etməkdir.
Peyk görüntülərinin təhlilinə əsasən, Kolvezi mədən şəhərindən Anqola sərhədinə qədər uzanan dəmir yolu xəttinin bərpası səbəbindən təxminən 1200 bina sökülmə riski altındadır.
Bu evlərin sakinləri qanunsuz məskunlaşanlar kimi sayılırlar. Lakin sakinlər onilliklərdir orada yaşadıqlarını və torpaqları satın aldıqlarını bildirirlər.
Aİ rəsmiləri layihənin hələ ilkin mərhələdə olduğunu və sosial təsirlərin qiymətləndiriləcəyini bildir.
Xuraman Etibarlı
İnterpress.az






