ABŞ və Kanada “Samidun” təşkilatına qarşı sanksiya və qadağa TƏTBİQ ETDİbackend

ABŞ və Kanada “Samidun” təşkilatına qarşı sanksiya və qadağa TƏTBİQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Kanada Fələstini dəstəkləyən “Samidun” təşkilatına qarşı sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Kanada mətbuatı məlumat yayıb.

Bildirilir ki, ABŞ və Kanada ianələri toplayan və Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinə (PFLP) köçürən Fələstini dəstəkləyən “Samidun” təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Məhdudiyyətlərə “Samidun”un aktivlərinin və əmlakının dondurulması, həmçinin bu qurumla əməliyyatların qadağan edilməsi daxildir.

İsrailin xarici işlər naziri Katz bu qərarı alqışlayıb.

Fələstinin Qurtuluş Xalq Cəbhəsi (FAXC) Fələstin dövlətinin yaradılmasını müdafiə edən yarımhərbi təşkilatdır və 1997-ci ildə ABŞ tərəfindən terror təşkilatı elan edilib.

Təşkilat Qəzza zolağında və İordan çayının qərb sahilində fəaliyyət göstərir. 7 oktyabr 2023-cü ildə İsrailə hücumda da iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az