ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışırlarbackend

ABŞ və müttəfiqləri Rusiya neftinin qiymətini məhdudlaşdırmağa çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib ki, Vaşinqton Rusiya neftinin qiymətini məhdudlaşdırmaq üçün müttəfiqlərlə işləyir.

Bu barədə nazir “NBC” telekanalına müsahibəsinə deyib.

“Son həftələrdə məşğul olduğum məsələlərdən biri Rusiyanın əldə etdiyi gəlirləri azaltmaq üçün müttəfiqlərimizlə işləməkdir”, – deyə nazir bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirmişdi ki, ABŞ və onun müttəfiqləri Rusiya neftini dünya bazarlarına çıxarmalıdırlar, əks halda bu enerji resursunun dəyəri yenidən artmağa başlayacaq.