ABŞ və NATO uğursuzluğunun SƏBƏBİ: “Yanlış hesablarla qurulan bütün ittifaqlar bir göz qırpımında çökəcək”backend

ABŞ və NATO uğursuzluğunun SƏBƏBİ: “Yanlış hesablarla qurulan bütün ittifaqlar bir göz qırpımında çökəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanda baş verənlər NATO və ABŞ-ın təkcə Əfqanstanda deyil, bütün dünyada çökməsinin elementləridir”.

Bu sözləri Əfqanıstanda baş verən siyasi proseslərin ABŞ və NATO-nun beynəxalq imicinə mümkün təsirlərini təhlil edən politoloq Yeganə Hacıyeva İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, NATO və ABŞ-ın iyirmi il ərzində Əfqanstandakı nəhəng sərmayələrinə və hərbi-texniki dəstəyinə baxmayaraq, bu qədər tez çökməsinin bir neçə səbəbi var:

“Buna ABŞ və NATO-nun Əfqanstanda dəstəklədikləri hökumətin rüşvətxor olması, mövcud siyasi sistemin korrupsiya ilə idarə olunması, bir çox hallarda isə müttəfiq qüvvələrin onları təchiz etdikləri ressursları Talibana satması, belə imkanları alver predmetinə çevirməsi və s. amillər daxildir. Ancaq bunlar ikinci dərəcəli səbəblərdir, ən əsas səbəb müttəfiqlərin və onların dəstəklədiyi hökumətin bu mübarizədə ideologiyasının olmaması və müttəfiqlərin əfqan xalqına sırımağa çalışdığı qərb həyat tərzinin, qərb dəyərlərinin, demokratiyanın Əfqanıstan xalqına cazibədar olmaması oldu.

Cəmiyyətlər onların dəyərləri üzərindən qurulan siyasi təbliğatla idarə olunur. Hökumətlər bu halda cəmiyyətlərdən dəstək alır, bu mövzuda kənardan gətirilən, cəmiyyətlərə yad dəyərlərlə təbliğat, sonunda onu aparanlara qarşı çevrilir. ABŞ beyin mərkəzlərində işlənilmiş belə tezislərlə əfqan cəmiyyətinə “paraşütlə atılan” siyasətçilərin cəmiyyətdə iflası buna bir nümunədir. Əfqanstanda “ideologiyaların sındırılması” tendensiyası gedirdi, bir çox hallarda isə məqsədli aparılırdı. Dünyada cəmiyyətlərlə ən güclü ittifaqlar onların ideoloji dəyərləri üzərindən qurulan ittifaqlardır.
Bu uğursuz təcrübə fəaliyyəti haqqında daha öncə də çoxlu açıq suallar olan NATO haqqında üzv ölkələrdə alyansın faydalılığına olan inamı və güvəni daha da sarsıtdı və bu proses dayanmadan inkşaf edəcək. Çünki Əfqanıstandakı uğursuzluqdan sonra alyansın oxşar bir kritik vəziyyətdə eyni şəkildə fəaliyyət sərgiləməyəcəyi haqqında heç bir zəmanət yoxdur”.

Gülşən