Adam Kadırov daha bir MÜKAFAT ALDIbackend

Adam Kadırov daha bir MÜKAFAT ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adam Kadırov daha bir mükafat alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Çeçenistan rəhbərinin kiçik oğlu Adam Kadırov daha bir mükafat alıb.

Bu dəfə ona “Axmat-Qroznı” OMON dəstəsinin döş nişanı təqdim edilib. Buna cavab olaraq Kadırov bölmənin üç zabitinə “Çeçenistan Respublikasının Qəhrəmanı” adı verib.

Qroznı-İnform respublika agentliyi yazır ki, 17 yaşlı Adam Kadırov “bölmənin xidməti və döyüş fəaliyyətində daimi yardım və dəstəyə görə” mükafatlandırılıb. Tam olaraq nədən ibarət olduğu bilinmir.

Xuraman Etibarlı

İnterpress.az