“Aeroflot”un biznes-klass sərnişininə içərisində şüşə qırıntısı olan dondurma VERİLDİ – FOTObackend

“Aeroflot”un biznes-klass sərnişininə içərisində şüşə qırıntısı olan dondurma VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aeroflot”un biznes-klass sərnişininə içərisində şüşə qırıntısı olan dondurma verilib. Enişdən sonra onun tibbi yardıma ehtiyacı olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, “Aeroflot”un biznes-klass sərnişininə içərisində şüşə qırıntısı olan dondurma verilib.

Moskvadan Mahaçqalaya uçan “Aeroflot” təyyarəsində biznes klass sərnişini, 46 yaşlı Asiyata nahar verildikdən sonra qoz-fındıqlı dondurma təklif olunub. O, dondurmanı yeyərkən ağzında kəskin ağrı hiss edib.

Məlum olub ki, desertin verildiyi qab çatlayıb və dondurmanın içinə qırıntılar düşüb. Mahaçqalada həkimlər yaraları müalicə ediblər.

Xuraman Etibarlı

İnterpress.az