Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum oldu – YENİLƏNDİbackend

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum oldu – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakının Sabunçu rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.

“Ravon” markalı avtomobilin vurması nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

21:55

 

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

 

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana ölüb, uşaqlar isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

 

 

    İnterpress.az