Səudiyyə Ərəbistanı ABŞ-a 600 milyard dollar sərmayə qoyacaq.
İnterpress.az xəbər verir ki, Tramp administrasiyası Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymaq niyyətində olduğunu açıqlayıb. Vəsaitlər süni intellekt, enerji infrastrukturu, yeni investisiya fondlarının yaradılması, sənaye, müdafiə və təhlükəsizlik, mühüm faydalı qazıntıların işlənməsi kimi əsas layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Vaşinqton qeyd edib ki, bu, iki ölkə arasında indiyə qədər bağlanmış ən böyük sazişdir.
Bundan əlavə, Səudiyyə Ərəbistanı müasir hərbi texnikanın alınması üçün 142 milyard dollarlıq müqavilələr imzalayıb.