Ağ Evin yaxınlığında vurulan Milli Qvardiya əməkdaşı vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Donald Tramp məlumat yayıb. Donald Tramp atışmada yaralanan qadın hərbçinin dünyasını dəyişdiyini açıqlayıb.
Məlumata əsasən, ABŞ Milli Qvardiyasının əməkdaşı olan qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. O, Ağ Evin yaxınlığında baş verən atışma zamanı ağır yaralanmışdı.
Həkimlərin səylərinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






