Ağdaş Rayon Xəstəxanasında baş verən qanunsuzluqlar barədə vətəndaş şikayəti – FOTO/VİDEObackend

Ağdaş Rayon Xəstəxanasında baş verən qanunsuzluqlar barədə vətəndaş şikayəti – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
44 günlük Vətən müharibəsinin qazısı,ehtiyatda olan həqbi qulluqçu  Vüqar Vəli oğlu Ələsgərov saytımıza ərizə ilə müraciət edərək Ağdaş Rayon Mərkəzi Xəstəxanasının direktoru İntiqam İbrahimovdan şikayətçidir. 
Onu da qeyd edək ki,qazinin həyat yoldaşı adı çəkilən xəstəxanada 2009-cu ildən həkim-laborant vəzifəsində çalışır. Qazının həyat yoldaşı Sevinc Ələsgərova bu müddət ərzində öz işinə lazımı qaydada yanaşıb,öz vəzifəsində heç bir qanunsuzluq etməyib və heç kimlədə problem yaşamayıb.
Lakin xəstəxanaya yeni təyin edilən direktor İntiqam İbrahimov  tərəfindən digər həkimlərin hətta xadimələrin əli ilə  qazının xanımına qarşı səbəbsiz iftiralar atılır,hüquq mühafizə orqanları ilə hədələnir. Həkim direktor xəstəxanada baş verən qanunsuzluqlarla maraqlanmaqdansa işi-gücü qadınlara iftra atmaqdır.
Qazi Vüqar Ələsgərov onu da bildirir ki,həkimin qəbulunda oldum,lakin o qazini saymazyana görməməzlikdən gəlib, heç dinləmək də istəməyib.
Görəsən bu məmurlar niyə görə öz vəzifə səlahiyyətlərini aşaraq insanlara yuxarıdan aşağıya baxırlar.
Qazi Ələsgərov bu məsələ ilə aidiyyəti qurumlara müraciət edir.
Onu da qeyd edək ki, qazinin TƏBİB-ə on bir gün bundan öncə ünvanladığı məktuba da cavab verilməyib.