Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıbbackend

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda dəmir yolundan rels altlıqlarını oğurlayan şəxs saxlanılıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov saxlanılıb.

Araşdırma aparılır.