Ağstafada 23 yaşlı qız itkin düşüb – FOTObackend

Ağstafada 23 yaşlı qız itkin düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci  il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb.

Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olmuşdur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-22-5-25-52  şəhər və (099) 367-36-69  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

İnterpress.az