Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Azərbaycanla sərhədə gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqının monitorinq missiyasının rəhbəri Markus Ritter Martuni əməliyyat bazasında patrula qoşularaq Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyətə nəzarət edib.
“Qonaqpərvərliyə və qəhvəyə görə yerli sakinlərə təşəkkür edirik. Aİ ictimai etimaddan qürur duyur və regional təhlükəsizliyi dəstəkləməyə davam edəcək”, – Ritter deyib.
Xuraman Etibarlı
İnterpress.az