Avropa İttifaqı Ukraynadan onun üzvləri olan Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstana taxıl məhsullarının idxalını qadağan edən qərarın bu gün başa çatacağını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) Komissiyası Ukraynadan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı bəyanat yayıb.
Bəyanatda xatırladılıb ki, Ukraynanın Aİ-yə taxıl və digər ərzaq məhsulları ixracına tətbiq edilən məhdudlaşdırıcı tədbirlər bu gün başa çatacaq.
Açıqlamada bildirilib ki, Komissiya Ukraynadan 4 kateqoriya kənd təsərrüfatı məhsulları ixracının Aİ bazarına təsiri ilə bağlı məlumatları təhlil edib və araşdırmalar nəticəsində mayın 2-də həyata keçirilən müvəqqəti tədbirlərin aradan qaldırıldığı qənaətinə gəlinib.
Açıqlamada qeyd olunub ki, görülən tədbirlər Ukrayna taxılının Aİ-dən kənar ölkələrə ixracını artırıb.