Aİ ölkələri BVF rəhbəri ilə Rusiya ilə münasibətləri bərpa etmək planları ilə bağlı danışıqlar aparacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilir ki, bir sıra Avropa İttifaqı ölkələri Beynəlxalq Valyuta Fondunun Ukraynaya hücumdan sonra ilk dəfə olaraq Rusiya ilə iqtisadi məsələlərdə münasibətləri bərpa etmək planlarına etiraz etmək niyyətindədir.
Sentyabrın 11-də Aİ nümayəndələrinin, Fransa, Belçika və Polşanın, eləcə də bir sıra Baltikyanı və Şimali Avropa ölkələrinin görüşündə BVF-nin bu ayın əvvəlində Moskva ilə illik iqtisadi təhlilləri bərpa etmək qərarına təəccübləndiklərini bildiriblər.
“Litvanın nümayəndəsi bildirib ki, ölkə sentyabrın 13-də Avropanın maliyyə nazirləri ilə Budapeştdə keçirilən nahar görüşündə məsələni birbaşa Georgiyeva ilə qaldırmağı planlaşdırır”, – mənbələr bildiriblər.
Diplomat əlavə edib ki, onlar hesab edirlər ki, bu addım prezident Vladimir Putinə iqtisadi yardım təklif edir.
Xuraman Etibarlı
İnterpress.az