Aİ Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə AXTARIR – Namizəd BƏLLİDİRbackend

Aİ Rusiya ilə danışıqlar üçün xüsusi nümayəndə AXTARIR – Namizəd BƏLLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Rusiya ilə Ukrayna danışıqları üçün xüsusi nümayəndə təyin edə bilər.

İnterpress.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinin həlli ilə bağlı strategiyasını dəyişməyə hazırlaşır.

“Politico” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Aİ ölkələri Rusiya ilə icma adından dialoq apara biləcək xüsusi nümayəndənin təyin edilməsi məsələsini müzakirə edirlər.

Bu vəzifəyə əsas namizəd kimi Finlandiya Prezidenti Aleksandr Stubbun adı hallanır.

Bildirilir ki, Brüssel danışıqlar masası arxasında əyləşmədən öz maraqlarını qoruya bilməyəcəyindən ehtiyat edir.

Nəşr bu təşəbbüsü Donald Trampın vasitəçiliyi ilə aparılan prosesdə Avropanın yanaşmasında “görünməmiş addım” və “ciddi dönüş” kimi qiymətləndirir.

Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron və İtaliya Baş naziri Ciorcia Meloni son həftələrdə Vladimir Putin və onun yaxın ətrafı ilə diplomatik kanalların açılması üçün səylərini birləşdiriblər.

Xuraman Etibarlı

İnterpress.az