Aİ Ukrayna üzrə danışıqlar masasına oturmaq hüququnu qazanmayıb – Orbanbackend

Aİ Ukrayna üzrə danışıqlar masasına oturmaq hüququnu qazanmayıb – Orban

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukrayna üzrə Rusiya və ABŞ ilə danışıqlar masasına oturmaq hüququnu qazanmayıb.

İnterpress.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. O, Avropa diplomatiyasının rəhbəri Kallasın münaqişənin həlli üçün Avropa və Ukraynanın istənilən danışıqlarda iştirakının zəruriliyi barədə bəyanatını şərh edib.

“Bu bəyanat Brüsseldəki zəif rəhbərlik üçün kədərli bir ifadədir. Prezidentlər Tramp və Putin sülh danışıqları apararkən, Aİ rəsmiləri faydasız bəyanatlar verirlər.

Danışıqlar masasına oturmağı tələb edə bilməzsiniz. Siz buna layiq olmalısınız! Güc, yaxşı rəhbərlik və ağıllı diplomatiya vasitəsilə.

Brüsselin mövqeyi: lazım olduğu müddətdə qətlləri dəstəkləmək mənəvi və siyasi baxımdan qəbuledilməzdir”, – Orban X hesabında yazıb.

Xuraman Etibarlı

İnterpress.az