Ailəsinin 4 mənzilini paylaşan qadın vergi yoxlamasına DÜŞDÜ – VİDEObackend

Ailəsinin 4 mənzilini paylaşan qadın vergi yoxlamasına DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı qadın sosial şəbəkədə ailəsinin 4 mənzilinin olduğunu paylaşdıqdan sonra vergi yoxlamasına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyalı qadın “Reels” videosunda ailəsinə məxsus 4 mənzillə bağlı paylaşım etdikdən sonra vergi orqanlarının diqqətini çəkdiyini bildirib.

Onun sözlərinə görə, qadından əvvəlcə ötən il üzrə, daha sonra isə son üç il ərzində bank hesabları üzrə bütün çıxarışları təqdim etmək tələb olunub.

Qadın hadisədən sonra sosial şəbəkələrdə maddi vəziyyəti nümayiş etdirən paylaşımlar etməməyi tövsiyə edib.

Xuraman Etibarlı

İnterpress.az