Xakasiyada bəy və şahidi aliment borcuna görə elə toy mərasimindən aparıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xakasiyada məhkəmə icraçıları nikahın rəsmi qeydiyyatından dərhal sonra keçirilən toy fotosessiyası zamanı əraziyə reyd təşkil ediblər.
Məlum olub ki, yeni ailə quran bəyin iki qızına 550 min rubl (təxminən 11 min 180 manat), onun toy şahidinin isə 12 yaşlı qızına 580 min rubl (təxminən 11 min 790 manat) aliment borcu var.
Hər iki şəxsin rəsmi olaraq heç bir yerdə işləmədiyi bildirilir. Borcun ödənilmədiyi təqdirdə onları cinayət məsuliyyəti və həbs cəzası gözləyir.

Xuraman Etibarlı
İnterpress.az






