Alimlər ilk dəfə Neptunda qütb işıqlarını ÇƏKDİLƏR – FOTObackend

Alimlər ilk dəfə Neptunda qütb işıqlarını ÇƏKDİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alimlər ilk dəfə Neptunda qütb işıqlarını çəkə biliblər.

İnterpress.az xəbər verir ki, NASA-nın “Ceyms Uebb” Kosmik Teleskopu 2023-cü ildə fenomeni təsvir etmək, həmçinin atmosferin yuxarı bölgəsi olan Neptunun ionosferinin tərkibini və temperaturunu təhlil etmək üçün məlumat əldə edə bilib.

Eyni zamanda, Neptundakı qütb işıqları digər planetlərdəkindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Çünki fəaliyyət onun şimal və cənub qütbləri ilə məhdudlaşmır.

Alimlərin fikrincə, bu, Neptunun fırlanma oxuna nisbətən 47 dərəcə əyilmiş maqnit sahəsinin qeyri-adi olması ilə bağlıdır.

Soldakı şəkil Neptunun “Hubble” tərəfindən çəkilən şəklidir, sağdakı şəkil isə parlaq parıltı göstərən iki teleskopdan yığılmış bir şəkildir.

Xuraman Etibarlı

İnterpress.az