Alman əczaçılıq şirkəti 1,56 milyard dollar cərimələnibbackend

Alman əczaçılıq şirkəti 1,56 milyard dollar cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın əczaçılıq və kimya şirkəti Bayer ABŞ-da mübahisəli herbisid qlifosata görə dörd iddiaçıya 1,56 milyard dollar ödəməyə məhkum edilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Bayer Roundup adlı qlifosat tərkibli pestisidin xərçəngə səbəb olan mühüm faktor olduğunu iddia edənlərin ABŞ-da açdığı məhkəmə iddialarını itirməyə davam edir.

Cümə günü ABŞ-ın Missuri ştatının məhkəməsində münsiflər heyəti, Alman şirkətini Bayerin alaq otlarını öldürən Roundup məhsulunun xərçəng də daxil olmaqla zərər verdiyini iddia edən dörd iddiaçıya 1,56 milyard dollar ödəməyi əmr edib.

Bayer, Roundup adlı qlifosat tərkibli pestisidlə bağlı ABŞ-da açdığı dördüncü məhkəməni uduzub.

Münsiflər heyəti həmçinin müəyyən etdi ki, Bayer iddiaçıları Roundup-dan istifadənin potensial təhlükələri barədə xəbərdar etmədiyinə görə məsuliyyət daşıyır.

Qərarın hüquqi strategiyasını dəyişdirmək üçün Bayer-ə investor təzyiqini artıracağı gözlənilir.

Digər tərəfdən, Bayer bu gün Asundexian dərmanının klinik sınaqlarını ləğv etdiyini açıqlayıb.

Bayerin səhmləri bu gün birjada dəyərinin təxminən 20 faizini itirib.

Bayer, 2018-ci ildə ABŞ-ın kənd təsərrüfatı şirkəti Monsanto-nu 63 milyard dollara satın aldıqdan sonra, bu şirkət tərəfindən hazırlanmış, Roundup adlı qlifosat tərkibli pestisidin olduğunu iddia edənlər tərəfindən açılan iddialarda milyardlarla dollar cərimə və təzminat ödəməyə məhkum edilib.

Bayer qlifosatla bağlı iddiaları təkzib etsə də, 2015-ci ildə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) qlifosatı kanserogen kimi təsnif edib.

Bayer, 2020-ci ildə ABŞ-da ona qarşı açılan iddialarda razılığa gəldiyini və 10,9 milyard dolların iddiaçılara ödəniləcəyini açıqladı. Razılaşmaya baxmayaraq, şirkət Roundup ilə bağlı təxminən 50 min iddia ilə üzləşir.