Almaniya immiqrasiya siyasətini sərtləşdirir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, rəsmi Berlin sazişin imzalanması üçün artıq müxtəlif ölkələrlə danışıqlara başlayıb.
Almaniya miqrant axınının qarşısını almaq üçün nəzarət, habelə sürətləndirilmiş deportasiya ilə bağlı əməkdaşlıq tələb edir.
Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, “Gürcüstan və Moldovanın xüsusi prioriteti var, çünki Almaniyada sığınacaq axtaranların on faizindən çoxu bu iki ölkənin vətəndaşlarıdır”.